IATA: 2020-2021-ci illərdə aviaşirkətlər 157 mlrd. dollar itirə bilər

IATA: 2020-2021-ci illərdə aviaşirkətlər 157 mlrd. dollar itirə bilər
# 24 noyabr 2020 18:16 (UTC +04:00)

Pandemiya səbəbindən 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin itkiləri 157 mlrd. ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarında deyilir.

Proqnozlara görə, bu il hava daşıyıcıları 118,5 mlrd. dollar kəsirlə üzləşəcək, 2021-ci ildə isə onları zərərləri 38,7 mlrd. dollar təşkil edəcək.

Bundan başqa, sərnişin axınının bu il 1,8 milyard olacağı gözlənilir ki, bu da ötən ilə nisbətən 2,7 milyard azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR