IATA: Koronavirusa görə aviaşirkətlərin itkiləri 29 mlrd. dollardan çox ola bilər

IATA: Koronavirusa görə aviaşirkətlərin itkiləri 29 mlrd. dollardan çox ola bilər
# 21 fevral 2020 15:00 (UTC +04:00)

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) koronavirus səbəbindən qlobal aviadaşımalara tələbatın 2009-cu ildən bəri ilk dəfə azalacağını və nəticədə aviaşirkətlərin 29 mlrd. ABŞ dollarından çox itirəcəyini bildirib.

"APA-Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, IATA itkilərin əsasən Asiya-Sakit okean bölgəsində cəmləşəcəyini gözləyir. Təkcə Çin Hava Yolları epidemiya səbəbindən 12,8 mlrd. dollar itirəcəyini bildirən assosiasiya, 2020-ci ildə aviadaşımalara tələbatın 4,1% artacağını proqnozlaşdırıb. Hazırda proqnoz 0,6% azalma həddinə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR