IKEA maliyyə xidmətləri bazarına çıxır

IKEA maliyyə xidmətləri bazarına çıxır
# 11 fevral 2021 17:10 (UTC +04:00)

"Ingka Group" (IKEA şəbəkəsinin ana şirkəti) hazırda "Ikano" qrupuna məxsus olan İsveçin "Ikano Bank"ının 49%-ni satın alır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Ingka Group"un açıqlamasında deyilir.

Bildirilir ki, "Ingka Group"un bankın qalan 51% payını daha sonra əldə etmək imkanı olacaq. Satınalma, bitmə tarixi göstərilmədən, müvafiq tənzimləyici orqanlar tərəfindən təsdiq olunmalıdır. Sövdələşmə tamamlandıqdan sonra "Ingka Group"un nümayəndələri "Ikano Bank"ın İdarə Heyətinə daxil olacaqlar.

Xatırladaq ki, "Ikano Bank" 1988-ci ildə IKEA-dan çıxarılan "Ikano Group"a məxsusdur.

Qeyd edək ki, 1943-cü ildə təsis olunan IKEA dünyanın ən böyük mebel və ev əşyalarının pərakəndə satışı şəbəkəsidir. Baş ofisi Delft şəhərində (Niderland) yerləşən şirkət dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR