İSB-nin Himayəçilər Şurasında dəyişiklik edilib

İSB-nin Himayəçilər Şurasında dəyişiklik edilib
# 17 fevral 2020 10:10 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.

"APA-Economics"in məlumatına görə, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədr Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR