"Intel"in xalis mənfəəti 41% azalıb

"Intel"in xalis mənfəəti 41% azalıb
# 23 aprel 2021 15:25 (UTC +04:00)

Bu ilin I rübündə ABŞ-ın “Intel” şirkətinin xalis mənfəəti bir il əvvəlki 5,66 mlrd. ABŞ dollarına qarşı 3,4 mlrd. dollar təşkil edib ki, bu da 41% azalma deməkdir.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin yaydığı hesabatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə şirkətin GAAP (milli mühasibat standartları) çərçivəsində gəliri 19,7 mlrd. dollar (illik müqayisədə 1% azalma), GAAP metodologiyasından istifadə edilmədən hesablandıqda isə 18,6 mlrd. dollar təşkil edib (il ərzində heç bir dəyişiklik olmayıb). Bu, “Intel”in 2021-ci ilin yanvar ayında yayımladığı proqnozlarından 1,1 mlrd. dollar çoxdur. Mənfəət dərəcəsi 5,4 faiz bəndi azalaraq 55,2%-ə enib.

“Intel”in dərc etdiyi hesabat şirkətin “Nasdaq” birjasındakı səhmlərinin kəskin düşməsinə gətirib çıxarıb. Bunun əsas səbəbi “Intel”in xalis mənfəətinin kəskin azalması deyil, investorların şirkətin server seqmentində bir il əvvəlki göstəricisi ilə müqayisədə gəlirlərinin 20% azalmasına mənfi reaksiya verməsi olub. Şirkətin bu biznesinin əməliyyat mənfəəti əhəmiyyətli dərəcədə – 64%-dək azalaraq 1,3 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR