İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
# 20 iyul 2020 16:52 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2046008689 ISIN-li, 25 mln. manat həcmində, 7 200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 003,25 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 mln. manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 6 aprel 2040-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR