İpoteka və Kredit Zəmanət Fondunun 2020-ci il üzrə büdcəsi təsdiq edilib

 İpoteka və Kredit Zəmanət Fondunun 2020-ci il üzrə büdcəsi təsdiq edilib
  • Clock-gray 18:24
  • calendar-gray 05 Dekabr 2019

Bu gün İpoteka və Kredit Zəmanət Fondunun (Fond) Himayəçilik Şurasının iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, iclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub. Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.

Qeyd edək ki, Fondun Nizamnaməsinə uyğun olaraq Himayəçilik Şurasının Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.

APA-Economics

Digər xəbərlər