İqtisadi rayonların rabitə xidmətlərindən gəlirləri üzrə reytinqi - CƏDVƏL

İqtisadi rayonların rabitə xidmətlərindən gəlirləri üzrə reytinqi - CƏDVƏL
# 02 mart 2021 12:10 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 16 606,2 min manat və ya 0,7% üstələyərək 2,24 mlrd. manatı ötüb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən il sahə üzrə əldə olunan gəlirin 80,8%-i və ya 1,81 mlrd. manatdan çoxu qeyri-dövlət sektorunun payına düşüb. Bu, 2019-cu ilin göstəricisindən 24 862,2 min manat və ya 1,4% azdır.

Ötən il xidmətlərin cəmindən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 43 452,0 min manat və ya 2,7% üstələyərək 1,66 mlrd. manatı ötüb.

Ölkə üzrə 2020-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin 90%-i və ya 2,01 mlrd. manatdan çoxu Bakının payına düşüb. Bu 2019-cu ilin göstəricisindən 17 830,4 min manat və ya 0,9% azdır.

Azərbaycanın iqtisadi rayonları üzrə informasiya və rabitə xidmətlərinin dəyəri:

#

İqtisadi rayon

2020-ci il, min AZN

2019-cu il, min AZN

2020-ci il

2019-cu ilə nisbətən, %

1

Abşeron

106 198,2

79 858,4

133,0

2

Naxçıvan MR

55 491,3

52 762,2

105,2

3

Aran

18 108,9

16 559,2

109,4

4

Gəncə-Qazax

16 663,4

15 094,1

110,4

5

Şəki-Zaqatala

9 467,1

8 783,0

107,8

6

Lənkəran

8 126,6

7 646,3

106,3

7

Quba-Xaçmaz

6 188,5

5 527,6

112,0

8

Dağlıq Şirvan

3 361,9

3 057,0

110,0

9

Yuxarı Qarabağ

1 720,3

1 601,8

107,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR