İqtisadiyyat Nazirliyi apreldə 4, mayda 3 ssenari üzrə proqnozlarını Maliyyə Nazirliyinə təqdim edib

İqtisadiyyat Nazirliyi apreldə 4, mayda 3 ssenari üzrə proqnozlarını Maliyyə Nazirliyinə təqdim edib
# 04 avqust 2020 16:13 (UTC +04:00)

“İqtisadiyyat Nazirliyi aprel ayında 4, may ayında 3 ssenari üzrə proqnozlarını Maliyyə Nazirliyinə təqdim edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, hazırkı şəraitdə neftin qiymətinin 55 dollar həcmində götürülməsi real proqnoz deyil: “Beynəlxalq təşkilatlar tərəfindən neft qiyməti ilə bağlı proqnozlar 30-40 dollar arasında dəyişir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR