İran-Azərbaycan iqtisadi əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək

İran-Azərbaycan iqtisadi əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək
# 04 fevral 2021 11:00 (UTC +04:00)

Fevralın 6-da İran Ticarət, Sənaye və Mədənçilik Palatasının təşkilatçılığı ilə "İran-Azərbaycan Ticarət Potensialı və Fürsətləri" mövzusunda video-konfrans keçirəcək.

"APA-Economics"in İran mətbuatına istinadən verdiyi məlumata görə, tədbirə İran-Azərbaycan Ticarət Palatasının rəhbəri Hüseyn Pir-Moazzen, İranın digər vilayətlərindən olan ticarət palatalarının nümayəndələri və iki ölkə arasında ticarətdə fəal iştirak edən məmur və iş adamlar qatılacaq.

Konfransda ikitərəfli ticarətin aldığı imkanlar, qarşılaşdığı risklər və problemlər, regional inkişaf, əməkdaşlıq imkanları və iki qonşu dövlət arasında ticarət və maliyyə əlaqələrinin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qeyd edək ki, İranın sənaye, mədənçilik və ticarət naziri Əlirza Rəzm-Hüseyni Şərqi Azərbaycan Vilayətinin General Qubernatoru Məhəmməd Rza Purməhəmmədi Azərbaycanla ticarətin genişləndirilməsi üzrə işçi qrupunun rəhbəri vəzifəsinə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR