İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılıb

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılıb
# 07 avqust 2020 11:16 (UTC +04:00)

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun qəbul edilib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən qanuna əsasən, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılıb.

Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR