İsveçrə iqtisadiyyatının azalma tempi 45 ilin rekordunu vura bilər

İsveçrə iqtisadiyyatının azalma tempi 45 ilin rekordunu vura bilər
# 16 iyun 2020 11:38 (UTC +04:00)

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) proqnozuna görə, ölkə iqtisadiyyatı 2020-ci ildə 6,2% azalacaq. Bu, son 45 ilin ən kəskin azalması ola bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda, virusun ikinci dalğasının baş verməyəcəyi halda İsveçrə iqtisadiyyatının bərpa prosesinin bu ilin ikinci yarısında başlayacağı gözlənilir. SECO-nun məlumatına görə, resessiyanın ən kəskin dövrü cari ilin II rübünə təsadüf edəcək ki, bu da iqtisadi fəaliyyətin məhdudiyyətlərdən ən çox təsirləndiyi dövrdür.

Qeyd edək ki, aprel ayında SECO bu il ÜDM-in azalma templərinin 6,7% səviyyəsində olacağını proqnozlaşdırırdı. Lakin ölkədə vəziyyətin yaxşılaşması təkcə proqnozun müsbətə doğru dəyişməsi ilə deyil, həm də ölkədə mağazaların, restoranların və sərhədlərin açılması ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR