AYİB: Azərbaycanın valyuta ehtiyatları bazar təzyiqini bir müddət saxlaya bilər

AYİB: Azərbaycanın valyuta ehtiyatları bazar təzyiqini bir müddət saxlaya bilər
# 08 aprel 2020 12:53 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) toplam valyuta ehtiyatları ÜDM-in həcminə uyğun gəlir və bazar təzyiqini bir müddət saxlaya bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə “Reuters”ə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

Onun sözlərinə görə, böhrandan sonra (2014-cü ildə) Azərbaycan iqtisadiyyatı orta sürətlə böyüyüb, valyuta məzənnəsi real olaraq cüzi şəkildə dəyişib və ölkə iş mühitini yaxşılaşdırmağa və qeyri-neft sektorlarını şaxələndirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR