KOBİA: Çevik girov təminatı mexanizmində mikromaliyyə təşkilatlarının iştirakına dövlətin dəstəyi önəmli ola bilər

KOBİA: Çevik girov təminatı mexanizmində mikromaliyyə təşkilatlarının iştirakına dövlətin dəstəyi önəmli ola bilər
# 25 fevral 2021 10:27 (UTC +04:00)

Mikromaliyyə təşkilatlarının daha çevik girov təminatı mexanizmində iştirakının dövlət tərəfindən dəstəklənməsi önəmli ola bilər.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, mikromaliyyə təşkilatları, öz növbəsində, yeni iqtisadi mühitə adaptasiya olmalıdırlar və Azərbaycan Mikromaliyyə Assosiasiyasında (AMFA) buna dair effektiv strategiya keçirmək mümkündür.

Bundan əlavə, M. Abbas qeyd edib ki, yeni texnologiyaların və yeni hüquqi bazanın yaradılması bu proseslərdə olduqca zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR