“Kapital Bank” tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir

“Kapital Bank” tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
  • Clock-gray 11:10
  • calendar-gray 04 Avqust 2020

"Kapital Bank" mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını  inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən "Kapital Bank" tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

"APA-Economics"in banka istinadən verdiyi xəbərə görə, onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən "Kapital Bank"da hesab rəsmiləşdirib, əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkindən onlayn hesab açma portalına daxil ola bilərsiniz. 

İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

APA-Economics

Digər xəbərlər