"Kapital Bank" yeni aksiyaya start verib

"Kapital Bank" yeni aksiyaya start verib
  • Clock-gray 15:34
  • calendar-gray 08 Aprel 2021

“Kapital Bank”ın “Mastercard” və “Maestro” kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, şərtlərə uyğun olaraq, “Mastercard” və “Maestro” kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 manat, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 manat keşbek qazanacaqlar.

Aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 manat təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər “Mastercard” və “Maestro” kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 manat qazana bilərlər.

Qeyd edək ki, “Android” əməliyyat sisteminin istifadəçiləri “BirBank” mobil tətbiqində NFC ödənişləri üçün “Kapital Bank”ın istənilən “Mastercard” və “Maestro” ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 2 milyondan artıq istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində rəqəmsal kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və s. Ətraflı məlumat: www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

APA-Economics

Digər xəbərlər