"Kartmane" sahibləri ötən il 660 min manatdan çox keşbek qazanıblar

"Kartmane" sahibləri ötən il 660 min manatdan çox keşbek qazanıblar
  • Clock-gray 11:28
  • calendar-gray 02 Fevral 2021

“Rabitəbank”ın eksklüziv üstünlüklərə malik keşbek kartı “Kartmane” sahiblərini sevindirməyə davam edir. 2020-ci ildə “Kartmane” sahiblərinin qazandığı keşbek bonusu 660 min manatdan çox olub.

“Rabitəbank”ın 52 mindən çox müştərisi “Kartmane” vasitəsilə alış-verişdən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız “Kartmane” ilə müştərilərimiz istənilən YDM-lərdən 10%, bütün kafe və restoranlardan 5%, hər alış-verişlərdən isə 2% keşbek əldə edə biləcəklər. 400-dən çox tərəfdaş şəbəkəsindən isə “Kartmane” 25%-dək keşbek təklif edir. “Rabitəbank”ın mobil əlavəsi isə “Kartmane” sahiblərinin işini bir az daha rahatlaşdırır. “Rabita Mobile”ın rahat funksionallığı sayəsində qazanılmış keşbek bonuslarını asanlıqla izləmək və kartın balansına köçürmək mümkündür.

“Kartmane” sayəsində qazancınız təkcə keşbek məbləği deyil, həmçinin, kartdakı pulun qalığına 6% əlavə olunacaq və həmin vəsaiti heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdırmaq mümkün olacaq. Təkcə 2020-ci ildə “Kartmanen”in müştərilərə qazandırdığı depozit gəliri 354 772 manat olub.

“Kartmane” “Telegram” kanalı vasitəsilə bankın tərəfdaşlıq etdiyi mağazalar şəbəkəsinin özünəməxsus və “Kartmane”yə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. “Kartmane” ilə məbləği nağdlaşdırmaq da sərfəlidir – istənilən bank ATM-dən ayda 5 dəfə komissiyasız nağdlaşdıra bilərsiniz.

Siz də “Kartmane” sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu və ya rəsmi veb-sayta keçid edə bilərsiniz: http://rbt.az/kart-kesbek.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA-Economics

Digər xəbərlər