KfW QDTİB-ə üzv olan ölkələrdə kiçik və orta biznesin inkişafına 100 mln. dollar kredit ayıracaq

KfW QDTİB-ə üzv olan ölkələrdə kiçik və orta biznesin inkişafına 100 mln. dollar kredit ayıracaq
# 04 dekabr 2019 12:48 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Almaniya İnkişaf Bankı (KfW) arasında 100 mln. ABŞ dolları məbləğində kreditin verilməsinə dair müqavilə imzalanıb.

"APA-Economics"in QDTİB-ə istinadən verdiyi məlumata görə, KfW tərəfindən verilən kredit QDTİB-ə üzv olan ölkələrdə (Bolqarıstan, Rumıniya və Rusiya istisna) mikro, kiçik və orta bizneslərin inkişafına və iqtisadi və sosial infrastruktur layihələrin dəstəyinə yönələcək.

Qeyd edək ki, QDTİB Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Ermənistan, Rumıniya, Türkiyə, Ukrayna və Rusiya tərəfindən təsis edilib. Bankın nizamnamə kapitalı 3,45 mlrd. avro təşkil edir. Bankın səhmdar kapitalında Azərbaycanın payı 5%-dir və ölkə QDTİB-in yeddinci böyük səhmdarıdır.

Ümumilikdə, bankın məlumatına görə, bank Azərbaycanın 39 əməliyyatını təsdiqləyib, bunlardan 38 imzalanıb, 36 isə həyata keçirilib. Cari ilin 31 oktyabr tarixinə həyata keçirilən əməliyyatlar 404,85 mln. avro təşkil edib. Bu, bank tərəfindən üzv ölkələr üzrə yerinə yetirilən bütün əməliyyatların 6,96% bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR