Kiçik və orta biznesin inkişafına dəstək gücləndiriləcək

Kiçik və orta biznesin inkişafına dəstək gücləndiriləcək
# 16 yanvar 2020 19:49 (UTC +04:00)

Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək gücləndiriləcək.

APA-nın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin sonunadək Kiçik və orta biznesin inkişafına dəstəyi gücləndirməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi 2020-ci ilin may ayınadək özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR