Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün təkliflər planı hazırlanacaq

Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün təkliflər planı hazırlanacaq
# 16 yanvar 2020 19:37 (UTC +04:00)

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üçün təkliflər planı hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi 2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR