Korporativ istiqrazlar üzrə listinq tarifləri 1 yanvar 2021-ci il tarixinədək ləğv edilir

Korporativ istiqrazlar üzrə listinq tarifləri 1 yanvar 2021-ci il tarixinədək ləğv edilir
# 28 aprel 2020 13:39 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən Bakı Fond Birjası tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək.

"APA-Economics"in Birjaya istinadən verdiyi xəbərə görə, 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tarifləri ləğv ediləcək.

Bundan başqa, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi 1 yanvar 2021-ci il tarixinədək minimallaşdırılaraq, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR