Kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
# 29 mart 2021 16:17 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 2,595 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2021-ci ilin yanvar ayı ilə müqayisədə 16%, ötən ilin fevral ayı ilə müqayisədə isə 17,1% artıb.

Kredit kartlarına gəldikdə, fevral ayında ölkədə bu kartlar ilə 157 mln. manatlıq əməliyyatlar həyata keçirilib ki, bu da aylıq ifadədə 4,7%, illik müqayisədə isə 6,8% çoxdur. Sözügedən əməliyyatların 145 mln. manatı ölkə daxilində, qalan 12 mln. manatı isə ölkə xaricində həyata keçirilib.

Debet kartları ilə isə fevralda 2,437 mlrd. manatlıq əməliyyatlar aparılıb ki, bu da aylıq müqayisədə 16,8%, illik müqayisədə isə 17,8% çoxdur. Sözügedən əməliyyatların 2,328 mlrd. manatlıq hissəsi ölkə daxilində, qalan 109 mln. manatı isə ölkə xaricində həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ilin martın 1-nə Azərbaycanda dövriyyədə 8,458 mln. ədəd debet kartı və 1,121 mln. ədəd isə kredit kartı var. Beləliklə son bir ildə debet kartlarının sayı 21,8%, kredit kartlarının sayı isə 26% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR