Kriptovalyuta bazarının dəyəri bir gündə 14 mlrd. dollar artıb

Kriptovalyuta bazarının dəyəri bir gündə 14 mlrd. dollar artıb
# 24 mart 2020 11:33 (UTC +04:00)

Birjadakı vəziyyətin qeyri-sabit qalmasına baxmayaraq bu həftə kriptovalyuta bazarı böyüməyə başlayıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, kriptovalyuta bazarının ümumi dəyəri gündəlik 14 mlrd. ABŞ dolları artaraq 182,62 mlrd. dollara çatıb.

Bitkoinin dəyəri bu müddətdə 10% artaraq 6 569,17 dollara yüksəlib.

Qeyd edək ki, martın əvvəlində, digər aktivlər kimi, kriptovalyutalar da koronavirus epidemiyası və neftin qiymətinin düşməsi səbəbindən bazarlarda hökm sürən çaxnaşmanın qurbanı olub. Beləliklə, 8 martda bazarın kapitallaşması bir gündə 93,5 milyard dollara düşüb və bitkoin 48% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR