Kristin Laqard: "Aİ iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır"

Kristin Laqard: "Aİ iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır"
  • Clock-gray 16:31
  • calendar-gray 19 İyun 2020

Avropa İttifaqının (Aİ) iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır. Bu ilin II rübündə Aİ regionunda ÜDM istehsalı illik ifadədə 13%-dən çox azala bilər.

"APA-Economics"in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Aİ-nin onlayn sammitində çıxış edərkən deyib.

O, Aİ iqtisadiyyatında gözlənilən kəskin, dramatik tənəzzülün gözlədiyini bildirib. 2020-ci ildə isə bu göstərici 8,7% təşkil edəcək.

"İqtisadi böhran hələ tam təzahür etməyib, xüsusən də onun əmək bazarına təsiri hələ formalaşmayıb. Bu il işsizlik 10%-ə çata bilər", - deyə K. Laqard bildirilib.

O, həmçinin, ölkə liderlərini iqtisadiyyatı yaxşılaşdırmaq üçün Avropa Komissiyası tərəfindən 750 mlrd. avro dəyərində təklif olunan iqtisadi bərpa fondunu razılaşdırmağa çağırıb.

Hüseyn Vəliyev

Digər xəbərlər