Larinin manata qarşı məzənnəsi beşaylıq minimuma enib

Larinin manata qarşı məzənnəsi beşaylıq minimuma enib
  • Clock-gray 10:06
  • calendar-gray 19 Mart 2021

Martın 19-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,5101 manata enib. Bu göstərici son beş ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, bundan əvvəl larinin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,5 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də çatmışdı – 0,7179 manat, ən aşağı səviyyəsi isə 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,5 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2319 manata yüksəlib, 1 avro 2,0261 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0229 manata enib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər