"Lukoil"in xalis zərəri açıqlanıb

"Lukoil"in xalis zərəri açıqlanıb
# 24 noyabr 2020 16:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Lukoil" neft şirkətinin Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə xalis zərəri ötənilki 520,9 mlrd. rubl (6,589 mlrd. ABŞ dolları) mənfəətə qarşı 14,3 mlrd. rubl (188,3 mln. dollar) təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunub ki, şirkətin EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricisi təxminən iki dəfə azalaraq 497,5 mlrd. rubla (6,551 mlrd. dollar) enib. Əməliyyat mənfəəti 3,5 dəfə azalaraq 182,6 mlrd. rubl (2,404 mlrd. dollar) təşkil edib.

Şirkət müsbət əməliyyat mənfəəti fonunda xalis zərərin səbəbini 2020-ci ilin birinci yarısında aktivlərin dəyərdən düşməsinə görə yaranan zərər və xarici valyuta məzənnələri üzrə qeyri-pul zərəri ilə izah edir. EBITDA üzrə göstəricinin azalması isə əsasən COVID-19 pandemiyasının karbohidrogen qiymətləri, hasilatı və emal həcmlərinə mənfi təsirindən qaynaqlanır.

Hesabat dövründə "Lukoil"in satışdın əldə etdiyi gəlirləri 30,7% azalaraq 4,109 trln. rubl (54,107 mlrd. dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR