MDB ölkələrinin iqtisadiyyatı bu il 3,8% azalacaq, gələn il 2,5% artacaq - PROQNOZ

MDB ölkələrinin iqtisadiyyatı bu il 3,8% azalacaq, gələn il 2,5% artacaq - PROQNOZ
  • Clock-gray 15:40
  • calendar-gray 05 Noyabr 2020

Avropa Komissiyası MDB ölkələrində bu il ÜDM-in 3,8% azalmasını proqnozlaşdırsa da, 2021-ci ildə region ölkələrində ÜDM istehsalının 2,5% artacağını gözləyir.

"APA-Economics" Avropa Komissiyasının payız proqnozuna istinadən xəbər verir ki, 2020-ci il üçün proqnoz 0,2 faiz bəndi yumşaldılıb. Belə ki, yazda 4% səviyyəsində azalma gözlənilirdi. 2021-ci il üçün isə proqnoz 0,2 faiz bəndi pisləşdirilib. Komissiyanın MDB-də ÜDM-in artım tempi üzrə 2023-cü il üçün gözləntiləri isə 2,3% təşkil edir. Xatırladaq ki, sözügedən ölkələrinin iqtisadiyyatı 2019-cu ildə 2,2% artıb.

Hesabatda qeyd edilir ki, cari ildə Rusiyada ÜDM istehsalı 4,2% azalacaq (yaz proqnozu -5%), 2021-ci ildə isə artım bərpa olunaraq 2%-ə çatacaq (yaz proqnozu 1,6%). 2022-ci il üçün iqtisadi artım gözləntiləri isə 1,9%-ə bərabərdir. Xatırladaq ki, 2019-cu ildə Rusiya iqtisadiyyatı 1,3% böyüyüb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər