MDM-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

MDM-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
# 07 yanvar 2021 15:13 (UTC +04:00)

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib. İclasın qərarına əsasən Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə MDM-in açıqlamasında deyilir.

Qeyd olunub ki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq MDM-in Müşahidə Şurasının tərkibi 5 nəfər olmaqla 2 nəfər Mərkəzi Bankın nümayəndəsi, 2 nəfər Mərkəzi Depozitarın üzvü və 1 müstəqil üzvdən ibarət olmalıdır. Qanuna müvafiq olaraq Mərkəzi Bankın nümayəndələri qismində bankın Baş direktoru Əli Əhmədov – Müşahidə Şurasının sədri, Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin direktor müavini, Kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov – Müşahidə Şurası sədrinin müavini, Mərkəzi Depozitarın üzvləri qismində isə "Paşa Kapital" investisiya şirkətinin daxili nəzarət üzrə məsul şəxsi Məmmədov Elçin və ABB investisiya şirkətinin icraçı direktoru Babazadə Nadir MDM-in Müşahidə Şurasına üzv olaraq seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR