MM-in Komitə sədri: “Büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb”

MM-in Komitə sədri: “Büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb”
  • Clock-gray 11:19
  • calendar-gray 05 Avqust 2020

“Bu ilin mart ayından başlayaraq ölkədə tətbiq edilən karantin rejimi iqtisadiyyatın əksər sahələrinin zəifləməsinə səbəb olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

O bildirib ki, neft gəlirlərinin azalması büdcə gəlirlərində tarazlığın pozulması təhlükəsi yaradır: “Buna görə də 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbat ortaya çıxıb. Gəlirlərin azalması, xərclərin artması ilə əlaqədar gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədi ilə büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb”.

 

Firuzə Vahid

Digər xəbərlər