MM-in Komitə sədri: "“Büdcə sistemi haqqında” qanuna dəyişiklik etməyə ehtiyac yoxdur”

MM-in Komitə sədri: "“Büdcə sistemi haqqında” qanuna dəyişiklik etməyə ehtiyac yoxdur”
# 25 dekabr 2020 16:38 (UTC +04:00)

“Büdcə sistemi haqqında” qanuna əsasən, büdcə zərfini dekabrın 20-nə qədər qəbul etməli idik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında müzakirəsi zamanı millət vəkili Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, artıq dekabrın 20-si ötüb: “Bu baxımdan qanuna dəyişiklik edərək bu müddətin dekabrın sonuna qədər olduğunu əlavə etsək, büdcənin qəbulunda da qanunvericilik baxımından problem olmaz”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, qanunda növbəti ilin büdcəsinin dekabrın 20-dək qəbul edilməli olduğu qeyd edilib: “Ancaq qəbul edilmədiyi halda nə olacaq? Qanunun 15.4-cü maddəsində konkret yazılıb ki, növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir. Bunu nəzərə alaraq, hesab edirəm ki, “Büdcə sistemi haqqında” qanuna dəyişiklik etməyə ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR