MM-in komitə sədri: “Büdcədə qeyri-neft sektorunun payı 46%-ə qədər artıb”

MM-in komitə sədri: “Büdcədə qeyri-neft sektorunun payı 46%-ə qədər artıb”
# 23 dekabr 2020 11:18 (UTC +04:00)

“10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26% olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, indi bu rəqəm 46%-ə qədər artıb: “Vergi gəlirləri sahəsində də bu artım baş verib. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir. 2021-ci ilin büdcəsi 3 pilot sahəsi üzrə büdcənin təqdim olunması üzrə maraq olacaq və yenilikdir. 2020-ci ilin büdcə dürüstləşdiirlməsinin müzakirəsi zamanı büdcə qaydasının dayandırılması barədə qərar qəbul etmişdik. Bildiyimiz kimi, işğal altında olan ərazilərimiz azad olunub. 2021-ci ildən başlayaraq bu ərazilərin yenidən qurulması və bərpasına başlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR