MM-in komitə sədri: “Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”

MM-in komitə sədri: “Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”
  • Clock-gray 11:29
  • calendar-gray 11 Dekabr 2020

“Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bununla belə, bu mexanizmdən çıxış istənilən halda vacibdir: “Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur. Qanuna edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir. Yeni qanun layihəsi həm də depozit hesablarında olan vəsaitin tam sığortalanmasını təklif edir. Bu mexanizmdən çıxmaqla, bankların da məsuliyyəti artacaq, eyni zamanda iri əmanətçilərin banklar üzərində nəzarəti də artacaq”.

Firuzə Vahid

Digər xəbərlər