MM və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib

MM və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib
# 29 noyabr 2019 12:31 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.

Xərclər smetasından əməyin ödənişi fondu - 36 milyon 105 min 1 manat, ştatda olan işçilərin əmək haqqı - 24 milyon 105 min 480 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, ekspertlərin əmək haqqı – 427.680 manat, Milli Məclisin aparatı üzrə əmək haqqı - 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı - 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 4 milyon 995 min 960 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr - 2 milyon 229 min 840 manat, ştatdankənar işçilərin əmək haqqı - 30 min 500 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat və s. xərclər üçün vəsait ayrılıb.

Sənəd müzakirəyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR