"Maersk"in xalis mənfəəti 94 dəfə artıb

"Maersk"in xalis mənfəəti 94 dəfə artıb
  • Clock-gray 13:35
  • calendar-gray 18 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Danimarkanın "A.P. Moller-Maersk A/S" ("Maersk") şirkətinin xalis mənfəəti ötənilki 17 mln. dollara qarşı 1,599 mlrd. dollar təşkil edib. Göründüyü kimi, bu göstərici 94 dəfə artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, şirkətin gəliri hesabat dövründə 2,5% azalaraq 28,485 mlrd. dollar olub. EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstərici 5,515 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 30% çoxdur.

Cari ilin III rübündə şirkətin xalis mənfəəti illik ifadədə 1,8 dəfə artaraq 947 mln. dollara çatıb. Gəlirləri 1,3% azalaraq 9,917 mlrd. dollara düşüb. EBIDTA üzrə göstərici 38% artaraq 2,297 mlrd. dollara çatıb.

Xatırladaq ki, 1904-cü ildə Danimarkanın Svenborq şəhərində təsis edilən "Maersk" dəniz nəqliyyat və liman terminalı xidmətləri sahəsində ixtisaslaşmış şirkətidir. Hazırda şirkət 88 minə yaxın işçi ilə 130 ölkədə fəaliyyət göstərir.

APA-Economics

Digər xəbərlər