Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib

Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib
# 24 fevral 2020 17:56 (UTC +04:00)

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.

"APA-Econonomics" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

Fərmana əsasən, xidmətin idarə olunmasında dəyişiklik edilib. Belə ki, xidmətə rəhbərliyi sədr və 2 müavindən ibarət İdarə Heyəti həyata keçirir. Dəyişikliklə İdarə Heyətinin sədri İqtisadiyyat nazirinin müavini olacaq. İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanında və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən isə xidmətin xalis aktivlərinin dəyərinin 25 %-indən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR