Maliyyə Monitorinqi Xidməti ötən il gəlirlərini kəskin artırıb

Maliyyə Monitorinqi Xidməti ötən il gəlirlərini kəskin artırıb
  • Clock-gray 17:22
  • calendar-gray 01 İyun 2020

2019-cu ildə Maliyyə Monitorinqi Xidmətinin (MMX) gəlirləri illik ifadədə 4,3 dəfə artaraq 1 296 730 manata çatıb.

"APA-Economics"in MMX-nin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə qurumun cəmi aktivləri 6,983 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə, cəmi öhdəlikləri isə 402,2 artıb.

Xərclərə gəldikdə isə, MMX-nin insan resursları üzrə xərcləri 8,6 dəfə artaraq 977 209 manat, köhnəlmə və amortizasiyaya üzrə xərcləri 40 dəfə artaraq 120 854 manat inzibati istiqamətlərə üzrə xərclər isə 5,8 artaraq 199 031 manata çatıb.

Beləlilklə, məzənnə fərqlərinin də nəzərə alaraq (-475 manat), ümumi xərclər gəlirlərə bərabər olaraq 1 296 730 manat təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər