Maliyyə Nazirliyi ötən il 1,7 mlrd. manatlıq istiqrazlar buraxıb

Maliyyə Nazirliyi ötən il 1,7 mlrd. manatlıq istiqrazlar buraxıb
# 09 mart 2021 17:53 (UTC +04:00)

2020-ci ildə Azərbaycan Maliyyə Nazirlyi tərəfindən emissiya edilən dövlət istiqrazlarının ümumi həcmi 42% (500 mln. manat) artaraq 1,648 mlrd. manata çatıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 36 hərrac və bir qapalı yerləşdirilmə keçirilib ki, nəticədə ilkin bazar əqdlərinin həcmi 2019-cu il ilə müqayisədə 77% artaraq 1,163 mlrd. manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazar isə 1% azalaraq (5 mln. manat) 512 mln. manat enmişdi.

Qeyd edək ki, 2020-ci ildə dövlət qiymıtli kağızlar bazarında aparılan əməliyyatların həcmi 27% azalaraq 8,623 mlrd. manat təşkil edib. Azalma Mərkəzi Bankın qiymətli kağızlar bazarında sterilizasiya alətlərindən daha az istifadə etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR