Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi üstələyib
# 04 avqust 2020 16:53 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105014788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

APA-Economics”in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 95.6438 AZN (11.4999%) və 100.4500 (8.7498%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1077 (8.9400%), orta ölçülmüş qiyməti 100.1384 (8.9229%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,094,100.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2 avqust 2022-ci ildir.

Hərrac iştirakçıları 5 avqust 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəlikləriniicra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR