Mikayıl Cabbarov uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma nail olmağın prioritetlərini açıqlayıb

Mikayıl Cabbarov uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma nail olmağın prioritetlərini açıqlayıb
# 12 fevral 2021 11:34 (UTC +04:00)

Azərbaycanda uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün, ilk növbədə, iqtisadi fəaliyyətin bərpası hədəflənir.

APA-Economics”in məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əvvəlcə postpandemiya dövründə sahibkarlıq subyektlərinin qısa müddətdə iqtisadi aktivliyini, gəlirlərini və bazarda istehlakı əvvəlki səviyyəyə qayıtması üçün tədbirlər görüləcək.

Nəzərdə tutulmuş planın ikinci hissəsinə toxunan M. Cabbarov, qeyri-neft sektoruna investisiya qoyuluşların canlandırılmasına üçün bu sahədə kiçik və orta sahibkarların maliyyə resurslarına əlçatanlığının yaxşılaşdırılacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR