Milli Depozit Mərkəzi yeni elektron xidmət yaradıb

Milli Depozit Mərkəzi yeni elektron xidmət yaradıb
  • Clock-gray 16:56
  • calendar-gray 02 Aprel 2021

Milli Depozit Mərkəzi (MDM) yeni elektron xidmət – emitentlərin istifadəsi üçün nəzərdə tutulan “elektron emitent kabineti”ni yaradıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, elektron portal emitentlərə qiymətli kağız mülkiyyətçilərinin reyestrinə real vaxt rejimində elektron baxış imkanı təqdim edir. Bununla, emitent seçilmiş alət üzrə qiymətli kağız sahiblərinin adları və onların sahib olduqları qiymətli kağızların miqdarı barədə məlumat almaq imkanı qazanırlar. Həmçinin, emitentlər kabinetə daxil olaraq seçdikləri alətlər, yəni emissiya etdiyi qiymətli kağızlar barədə məlumatları, o cümlədən, emitentin adı, alətin İSİN nömrəsi, valyutası, qiymətli kağızların ümumi miqdarı, emissiya etdiyi qiymətli kağızların nominalı və digər məlumatları əldə edə bilərlər.

Xidmətdən yararlanmaq üçün istifadəçinin veb-brauzerə çıxışı və “ASAN imza” sertifikatı olmalıdır.

Portalda tətbiq edilən digər yenilik, deponentlərin şəxsi kabinetində edilən bir sıra dəyişikliklərlə bağlıdır. Yeniliyə əsasən, hüquqi şəxslər üçün də depo hesabına baxış imkanı yaradılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər