Milli Depozit Mərkəzinin xidmət haqları müəyyənləşib

Milli Depozit Mərkəzinin xidmət haqları müəyyənləşib
# 17 dekabr 2020 20:11 (UTC +04:00)

Mərkəzi Bankının İdarə Heyəti “Milli Depozit Mərkəzinin xidmət haqları”nı təsdiq edib.

APA-nın məlumatına görə, qərar dekabrın 16-dan qüvvəyə minib.

Milli Depozit Mərkəzinin xidmət haqları

manatla ifadə edilmişdir

Xidmət növləri

Ödənişin dövriliyi

Ödənişin məbləği (xidmət haqlarına əlavə dəyər vergisi daxil edilmişdir)

1. Hesabların açılması

1.1.

Depo və emitent hesabının açılması (Emitent hesabı depozitar sistemində qiymətli kağızların buraxılışı məqsədilə emitentin müraciəti əsasında açılan və qiymətli kağızlara dair müvafiq məlumatları əks etdirən hesabdır)

birdəfəlik

5

1.2.

Nominal saxlayıcı hesabının açılması (Nominal saxlayıcı hesabı depozitar sistemində nominal saxlayıcının müraciəti əsasında açılan və müqavilə və ya etibarnamə əsasında investorun tapşırığı ilə və onun xeyrinə qiymətli kağızlara dair hüquqları əks etdirən hesabdır)

haqq tutulmur

1.3.

Mərkəzi depozitarın üzvləri üçün hesabların açılması

haqq tutulmur

2. Hesab üzrə çıxarışların verilməsi və məlumatların təqdim edilməsi

2.1.

Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən və ya depo hesabından bir qiymətli kağız üzrə deponentlərə çıxarışların təqdim olunması

birdəfəlik

1

2.2.

Bütün qiymətli kağızlar üzrə depo hesabından çıxarışın təqdim olunması

birdəfəlik

20

2.3.

Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən emitentə ildə bir dəfə çıxarışın təqdim olunması

haqq tutulmur

2.4.

Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən emitentə növbəti çıxarışların təqdim olunması (Xidmət haqqı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulmur)

birdəfəlik

30

2.5.

Qiymətli kağızlar üzrə aparılmış əməliyyatlar haqqında məlumatların deponentlərə təqdim olunması

birdəfəlik

5

3. Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması üzrə emitentlərə xidmətlərin göstərilməsi (hər qiymətli kağız buraxılışı üzrə) (Xidmət haqqı dövriyyədə olan istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinə hesablanır)

3.1.1.

Fond birjasında listinqdə olan qiymətli kağızların mülkiyyətçilərinin reyestrinin aparılması (Fond birjasında listinqdə olan qiymətli kağızlar emitent və ya onun vəkil edilmiş nümayəndəsinin müraciəti əsasında Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə lisenziyaya malik olan fond birjasının daxili qaydalarına uyğun olaraq listinqə qəbul edilmiş qiymətli kağızlardır)

illik

nominal dəyərin 0,02%-i,
(minimum 50, maksimum 5000)

3.1.2.

Fond birjasında listinqdə olmayan qiymətli kağızların mülkiyyətçilərinin reyestrinin aparılması

illik

nominal dəyərin 0,05%-i,
(minimum 50, maksimum 8000)

3.1.3.

Fond birjasında listinqdə olan qiymətli kağızların mülkiyyətçilərinin reyestrinin aparılması üzrə xidmətlərin bərpası

birdəfəlik

gecikdirilmiş günlərin sayına görə nominal dəyərin 0,05%-i
(minimum 50, maksimum 7000)

3.1.4.

Fond birjasında listinqdə olmayan qiymətli kağızların mülkiyyətçilərinin reyestrinin aparılması üzrə xidmətlərin bərpası

birdəfəlik

gecikdirilmiş günlərin sayına görə nominal dəyərin 0,1%-i
(minimum 50, maksimum 10000)

3.1.5.

Azərbaycan Respublikasının dövlət qiymətli kağızları və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızlarının mülkiyyətçilərinin reyestrinin aparılması

haqq tutulmur

3.1.6.

Azərbaycan Respublikası tərəfindən yaradılan və bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhm mülkiyyətçilərinin reyestrinin aparılması

illik

600

3.1.7.

Azərbaycan Respublikası tərəfindən yaradılan və bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhm mülkiyyətçilərinin reyestrinin aparılması üzrə xidmətlərin bərpası

haqq tutulmur

3.1.8.

Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin və paylı investisiya fondunun pay sahiblərinin reyestrinin aparılması

haqq tutulmur

4. Qiymətli kağızların saxlanması üzrə xidmətlərin göstərilməsi (Xidmət haqqı dövriyyədə olan istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinə hesablanır)

4.1. Emitentlər üzrə (hər qiymətli kağız buraxılışı üzrə)

4.1.1.

Fond birjasında listinqdə olan qiymətli kağızların saxlanması

illik

nominal dəyərin 0,02%-i,
(minimum 50, maksimum 5000)

4.1.2.

Fond birjasında listinqdə olmayan qiymətli kağızların saxlanması

illik

nominal dəyərin 0,05%-i,
(minimum 50, maksimum 8000)

4.1.3.

Fond birjasında listinqdə olan qiymətli kağızların saxlanması xidmətlərinin bərpası

illik

gecikdirilmiş günlərin sayına görə nominal dəyərin 0,05%-i
(minimum 50, maksimum 7000)

4.1.4.

Fond birjasında listinqdə olmayan qiymətli kağızların saxlanması xidmətlərinin bərpası

illik

gecikdirilmiş günlərin sayına görə nominal dəyərin 0,1%-i
(minimum 50, maksimum 10000)

4.1.5

Azərbaycan Respublikasının dövlət qiymətli kağızları və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızlarının saxlanması

haqq tutulmur

4.1.6.

Azərbaycan Respublikası tərəfindən yaradılan və bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin saxlanması

haqq tutulmur

4.2. Deponentlər üzrə

4.2.1

Sənədsiz qiymətli kağızların saxlanması

haqq tutulmur

4.2.2.

Sənədli qiymətli kağızların saxlanması

illik

bir ədəd qiymətli kağız üzrə

2

5. Qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlərin qeydiyyatı (Xidmət haqqı qiymətli kağızların mülkiyyətçilərindən tutulur)

5.1.1.

Dövlət qiymətli kağızlarının və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızlarının yerləşdirilməsi üzrə əqdlərin qeydiyyatı

birdəfəlik

əqdin məbləğinin 0,01%-i

5.1.2.

Digər qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlərin qeydiyyatı

haqq tutulmur

6. Qiymətli kağızların tədavülü üzrə əqdlərin qeydiyyatı (Xidmət haqqı tərəflərin razılığı ilə hər iki tərəf arasında bərabər bölüşdürülür və ya bir tərəfdən tam həcmdə tutulur. Əqdin tərəflərindən biri Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya İpoteka və Kredit Zəmanət Fondu olduqda, həmin tərəfdən xidmət haqqı tutulmur)

6.1.1.

Fond birjasında bağlanan əqdlərinin qeydiyyatı

birdəfəlik

əqdin məbləğinin 0,01%-i
(minimum 1, maksimum 1000)

6.1.2.

Birjadankənar bazarda və notariat qaydasında bağlanan əqdlərin qeydiyyatı (Alış qiyməti nominaldan aşağıdırsa əqdin məbləği nominal qiymət ilə hesablanır)

birdəfəlik

əqdin məbləğinin 0,05%-i
(minimum 3, maksimum 5000)

6.1.3.

Dövlət qiymətli kağızları və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları ilə bağlanan əqdlərin qeydiyyatı

haqq tutulmur

6.1.4.

Qiymətli kağızlara hüquqların vərəsəliklə keçməsi üzrə əməliyyatların qeydiyyatı

haqq tutulmur

7. Məhkəmə qərarına əsasən mülkiyyət hüququnun ötürülməsinin qeydiyyatı

7.1.

Məhkəmə qaydasında əqd etibarsız hesab olunduğu halda qiymətli kağızları qəbul edən tərəfdən

birdəfəlik

6-cı hissəyə uyğun olaraq

7.2.

Digər hallarda əqd üzrə əvvəlki tərəflərin birinin xeyrinə olduqda

haqq tutulmur

8. Qiymətli kağızlara repo əməliyyatlarının qeydiyyatı (Xidmət haqqı tərəflərin razılığı ilə hər iki tərəf arasında bərabər bölüşdürülür və ya bir tərəfdən tam həcmdə tutulur)

8.1.

Dövlət qiymətli kağızları və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları ilə aparılan repo əməliyyatlarının qeydiyyatı

haqq tutulmur

8.2.

Digər qiymətli kağızlarla repo əməliyyatlarının qeydiyyatı

birdəfəlik

açılış əqdinin məbləğinin 0,001%-i

9. Emitentlərə göstərilən digər xidmətlər

9.1.

Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər və korporativ xidmətlər haqqında qiymətli kağız mülkiyyətçilərinin məlumatlandırılması

birdəfəlik

400

9.2.

Dividendlərin hesablanması və onların ödənilməsi xidməti

birdəfəlik

ödənilən dividend məbləğinin 0,2%-i

9.3.

Dövlət qiymətli kağızları və Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları üzrə faizlərin hesablanması və ödənilməsi xidməti

haqq tutulmur

9.4.

Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazların faizlərinin hesablanması və ödənilməsi xidməti

birdəfəlik

ödənilən faiz məbləğinin 0,1%-i

9.5.

Digər istiqrazlar üzrə faizlərin hesablanması və ödənilməsi xidməti

birdəfəlik

ödənilən faiz məbləğinin 0,2%-i

9.6.

Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası

birdəfəlik

əməliyyat məbləğinin
0,1%-i

(minimum 1, maksimum 3000)

9.7.

Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların istiqrazlarına beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi

haqq tutulmur

9.8.

Digər qiymətli kağızlara beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi

birdəfəlik

50

10. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətlərinin göstərilməsi (Xidmət haqqı dövriyyədə olan istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinə hesablanır.)

10.1.

İpoteka istiqrazları və girovla təmin edilmiş digər istiqrazlar üzrə ( İpoteka istiqrazları üzrə sərəncamçı xidmətləri göstərildikdə, ipoteka istiqrazlarının saxlanılması və mülkiyyətçilərinin reyestrinin aparılması xidmətləri üzrə emitentdən haqq tutulmur)

illik

nominal dəyərin
0,065%-i (minimum 500)

10.2.

Qarantiya ilə, dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə

illik

nominal dəyərin
0,01%-i (minimum 500)

11. Qiymətli kağızların girovu ilə bağlı xidmətlər

11.1.

Girovun qeydiyyatı

birdəfəlik

20

11.2.

Maliyyə girovunun qeydiyyatı

birdəfəlik

0

11.3.

Girov hüququnda dəyişikliyin qeydiyyatı

birdəfəlik

10

11.4.

Sonrakı girovun qeydiyyatı

birdəfəlik

20

11.5.

Tələbin girov predmetinə yönəldilməsi ilə əlaqədar bildirişin qeydiyyatı

birdəfəlik

10

12. Üzvlük haqları

12.1.

Mərkəzi depozitarın üzvü

illik

3000

13. Nominal saxlayıcıların hesablarının uçotunun aparılması

hər nominal saxlayıcı ilə razılaşma əsasında

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR