“Dövlət büdcəsinin gəlirləri 3 istiqamətdən formalaşır: Neft Fondu, vergilər və rüsumlar. Bunların hamısını Milli Məclis tərəfindən qəbul edilir: vergi dərəcələri, rüsumlar və s. Tarif Şurasının qərarlarının dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir edəcəyi ilə bağlı həmkarlarım bəzi fikirlər səsləndirdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Tarif Şurasının qiymət qaldırmasının dövlət büdcəsinin gəlirlərinə ciddi təsir edəcəyini demək düzgün deyil: “Büdcənin Milli Məclis tərəfindən təsdiq olunmuş gəlirləri nəzərdə tutulan gəlirlərdən 15 % çox olarsa, may ayının 15-dən oktyabr ayının 15-dək büdcəyə yenidən baxılacaq”.