"Moody's": Bu il Azərbaycanın xarici dövlət borcu ÜDM-in 19,4%-ni təşkil edəcək

"Moody's": Bu il Azərbaycanın xarici dövlət borcu ÜDM-in 19,4%-ni təşkil edəcək
  • Clock-gray 11:45
  • calendar-gray 03 Mart 2021

"Moody's Investors Service" şirkəti 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-ni təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, bu proqnoz 2020-ci ilin yekunlarına əsasən qeydə alınmış faktiki göstəricidən 1,3 faiz bəndi azdır.

Qeyd edək ki, Dünya Bankının sonuncu proqnozuna görə, bu il ölkənin xarici dövlət borcu ÜDM-in 20%-nə bərabər olacaq.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər