"Moody's" SOCAR-ın reytinqlərinin dövri nəzərdən keçirilməsini başa çatdırıb

"Moody's" SOCAR-ın reytinqlərinin dövri nəzərdən keçirilməsini başa çatdırıb
  • Clock-gray 09:54
  • calendar-gray 15 Dekabr 2020

"Moody's" beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqlərinin dövri nəzərdən keçirilməsinin başa çatdırdığını elan edib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's" bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli şirkətlərin maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.

Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu, heç də kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.

"Moody's" bildirir ki, SOCAR-ın "Ba2" korporativ ailə reytinqi ("corporate family rating") Azərbaycanın suveren reytinqi ilə eynidir. Neft şirkətinin avtonom kredit ödəmək qabiliyyətini əks etdirən baza kredit reytinqi (BCA) isə "b1" səviyyəsindədir.

Agentliyin gözləntilərinə görə, SOCAR-ın kredit göstəriciləri aşağı neft qiymətləri səbəbindən 2020-ci ildə zəifləməsinə baxmayaraq, davamlı əsasda BCA ilə mütənasib səviyyədə qalacaq. Qeyd edilir ki, BCA həm də şirkətin konsolidasiya edilmiş gəlirliliyini və leverecini azaldan iri ticarət əməliyyatlarını da nəzərə alır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər