Moskvada işsizlərin sayı azalıb

Moskvada işsizlərin sayı azalıb
  • Clock-gray 11:25
  • calendar-gray 25 Yanvar 2021

2020-ci ilin təkcə dekabr ayında Moskva şəhərində işsizlik səviyyəsi 34%, oktyabr ayının əvvəli ilə müqayisədə isə işsizlərin sayı iki dəfə azalıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında artıq üç aydır işsizlik azalır və bu, şəhərin dinamik iqtisadi bərpasını əks etdirir.

Qeyd edək ki, dekabr 29-na Moskva şəhərində rəsmi işsizlik səviyyəsi 1,3%-ə bərabər olub, bu da aylıq müqayisədə 1,48 faiz bəndi azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər