Mərkəzi Bank pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edəcək

Mərkəzi Bank pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edəcək
  • Clock-gray 11:26
  • calendar-gray 30 Yanvar 2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti tərəfindən Mərkəzi Bankına tövsiyə edilib ki, pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatları, həmçinin monetar sektora və tədiyə balansına dair cari ilin gözlənilən, növbəti il və sonrakı üç il üçün isə dəqiqləşdirilmiş proqnoz göstəricilərini 2021-ci il aprelin 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Firuzə Vahid

Digər xəbərlər