NBER: ABŞ iqtisadiyyatı fevral ayından tənəzzüldədir

NBER: ABŞ iqtisadiyyatı fevral ayından tənəzzüldədir
# 09 iyun 2020 12:48 (UTC +04:00)

ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) ölkə iqtisadiyyatının cari ilin fevral ayından etibarən tənəzzüldə olduğunu açıqlayıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası və səhiyyənin baş verən hadisələrə cavab addımları dinamikanın azalmasına səbəb olub. NBER-ə görə, sözügedən ressesiya ABŞ-da 128 ay davam edən ardıcıl iqtisadı artımı dayandırıb.

Qeyd edək ki, bu ilin I rübündə ABŞ iqtisadiyyatı 5% azalıb, apreldə işsizlik səviyyəsi 14,7%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR