Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,7% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,7% artıb
  • Clock-gray 10:16
  • calendar-gray 11 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,7% artaraq 1 840 976,0 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artaraq 3 999,5 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-avqust aylarında sənaye üzrə 758 415,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər