Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
# 22 yanvar 2020 17:09 (UTC +04:00)

2019-cu ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki illə müqayisədə 1,5% artaraq 2 839 650,0 min manata çatıb.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2018-ci il ilə müqayisədə 1,6% artaraq 6 201,5 manat təşkil edib.

Ötən il ərzində 2018-ci illə müqayisədə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 4,5% artaraq 507 641,6 min manat, sənaye məhsulu istehsalı 1,4% artaraq – 1 014 971,5 min manat təşkil edib.

Hesabat dövründə muxtar respublika üzrə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 1,2% artaraq 1 029 283,9 min manata çatıb. Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 242 776,7 min manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisini 0,4% üstələyir. İl ərzində pərakəndə əmtəə dövriyyəsi 0,5% artaraq 1 725 839,5 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR