Naxçıvan iqtisadiyyatı 0,3% artıb

Naxçıvan iqtisadiyyatı 0,3% artıb
# 12 fevral 2021 09:57 (UTC +04:00)

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni ayına nisbətən (müqayisəli qiymətlər üzrə) 0,3% artaraq 175 822,0 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,2% artaraq 380,9 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin ilk ayında sənaye üzrə 95 608,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 0,9% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR